24 saatdan daha artıq–Necə daha məhsuldar olmalı
- Azad Aliyev
- 18 Haz 2021
- 3 dakikada okunur
Güncelleme tarihi: 20 Haz 2021
“Uğur və uğursuzluq arasında bir boşluq dayanır ki, onun da adı “mənim vaxtım yoxdur” kəlməsidir.”
-Franklin Fild
Günümüzdə istər iş həyatında, istərsə də təhsildə rəqabət günbəgün artmaqdadır. Keçmişlə müqayisədə hazırda uğurlu olmaq qat-qat daha çox bacarıq, səy tələb edir. Bir çoxumuz hər yeni ilə böyük planlar, fikirlər, xəyallar və ümidlərlə başlayırıq. Məqsədlərini reallaşdıranlar, əldə etdiklərinə dair geriyə dönüb fərəh hissi ilə baxır, sahib olduqları qazancı və nələr etdiklərini xatırlayırlar. Buna görə də daha məhsuldar olmağı bacarmaq hamımızın ilkin məqsədi halına gəlmişdir. Bu bloqda daha məhsuldar olmağın müxtəlif yolları ilə tanış olacaqsınız.
Vaxt sizi yox, siz vaxtı idarə edin!
Düzgün yuxu rejimi–Texnologiyanın həyatımıza gətirdiyi əsas problemlərdən biri də yuxu rejimi promlemidir. Xüsusilə pandemiya dövründə evdə qalan gənclərin böyük hissəsi bu problemlə üz-üzə qaldı. Müşahidə olunur ki, kifayət qədər yatmayan insanların gün ərzində yeni informasiyanı öyrənməkdə çətinlik çəkdikləri müşahidə olunmuşdur. Üstəlik, yeni bir şey öyrəndikdən sonra yuxuya getmək də məlumatların uzun müddətli yaddaşa yeridilməsini sürətləndirir.

Hansı saatda başladığından asılı olmayaraq günə başlayarkən həmin günü öncədən planlamağınız sizin məhsuldarlığınızı gözlə görüləcək dərəcədə artıracaq. Bunun üçün “To do list” və ya Eyzenhauer matriksindən istifadə etmək ideal seçimdir.
İşləri siyahıya almaq /“To do List”–İşlərin çoxluğu sizə hər hansısa bir şeyləri unutdura bilər, yaxud bəzi işlərinizi 2-ci plana ata bilərsiniz. Bunun əsas səbəblərindən biri də, plansız işləməkdir. Buna görə də bir çox insanlar işlərini müəyyən etdikləri sıralama üzrə görürlər. Bu cür siyahılar insanlara etməli olduqları şeyləri unutdurmamaqla yanaşı işlərini daha uyğun və səmərəli vaxtda görməyə kömək edə bilir. “To do list” günlük və ya həftəlik ola bilər. Bu sizin şəxsi seçiminizdən asılıdır.
Eyzenhauer matriksi-ABŞ-ın 34-cü prezidenti Duayt Devid Eyzenhauer gündəlik işlərini ona mane olmamaları üçün 4 qrupa böldü:
Təcili və vacib: Təxirə sala bilmədiyiniz, təcili görülməli işlər.
Təcilidir, amma vacib deyil: Belə işləri həvalə edə biləcəyiniz şəxslər tapın.

Vacib, amma təcili deyil: Gələcəyinizdə dəyişiklik yaradan uzunmüddətli planlarınız da daxil olmaqla yalnız öz istəklərinizdən ibarət olan işlər qrupudur. Bu tapşırıqları dərhal başa çatdırmaq lazım deyil, ancaq diqqətli şəkildə planlaşdırmalısınız.
Təcili deyil, vacib də deyil: Təəssüflə qeyd edirik ki, çox insan bu kateqoriyaya daxil olan işlərlə gününü keçirir. Bu başlıq altında topladığınız işlər "edilməyəcək" kateqoriyasına daxil edilməlidir. Mümkünsə, bu işləri etmək üçün vaxt itirməyin.
“Pomodoro” texnikası – Bu çalışma metodunu istifadə edən insanlar hər 25 çalışma dəqiqəsindən sonra 5 dəqiqə istirahət edir. 1. Məqsədi müəyyənləşdirin. 2. 25 dəqiqəlik taymer qurun. 3. Vaxt bitənə qədər işə fokuslanın. 4. 5 dəqiqəlik fasilə Hər dörd pomodorodan (25 dəqiqə + 5 dəqiqə) sonra daha uzun – 20-30 dəqiqəlik fasilə vermək məsləhətdir.
Hədəflərinizi nəzərdən keçirin, kontrol sizdə olsun!

Bir çox insanlar işlərə motivasiya olmaq üçün özlərinə bəzi hədəflər təyin edir. Araşdırmalar göstərir ki, insan psixologiyası bir məqsədə çatmaq üçün daha intensiv yolla və stimulla çalışır. Buna görə də bir çox uğurlu iş adamları hədəflərlə birlikdə çalışmağı üstün tutur.
Hədəflərin seçilməsi bu işdə ən vacib mərhələlərdən biridir. Hər bir insan işlərində çata biləcəyi, real hədəflər təyin etməlidir. Qeyri-real hədəflərə çatmaq əksər hallarda mümkün olmur. Qoyulan hədəflərə çatmamaq isə insanda motivasiya düşkünlüyünə səbəb olur.

Hədəfi zamanla məhdudlaşdırın: Zamansız hədəf sadəcə arzudur. Hədəflərinizin həyata keçirilməsini təmin etmək üçün beş əsas elementi nəzərdən keçirməlisiniz. Bu beş elementin nəzərə alınaraq təyin edildiyi hədəflər “SMART hədəf” adlandırılır. Bu o deməkdir ki, hədəflər spesifik, ölçülə bilən, sizə uyğun, müəyyən vaxt çərçivəsində həyata keçirilə bilən və əldə edə biləcəyiniz real hədəflər olmalıdır.
● SMART kriteriyalarına uyğun gələn hədəfə misal:Gələn
6 ay ərzində ingilis dili üzrə C2 səviyyəsinə çatmaq
● SMART kriteriyalarına uyğun gəlməyən hədəfə misal:
İngilis dili öyrənmək
“Yox” deməyi öyrənin!
“İnsanlar elə başa düşür ki, fokuslanmaq sadəcə “hə”

demək məcburiyyətində olduğunuz şeylərə fokuslanmaq mənasını ifadə edir. Amma bunun mənası tam olaraq belə deyil. Bu, mövcud olan yüzlərlə digər yaxşı ideyaya “yox” deməkdir. Diqqətlə seçməlisən. Əslində mən etdiklərim qədər etmədiklərimlə də qürur duyuram. İnnovasiya 1000-ə qədər fərqli ideyaya “yox” deyə bilməkdir.”
- Stiv Cobs
Stiv Cobsun da qeyd etdiyi kimi prioritetlərimizə “hə” demək üçün onlara mane olan faktorlara “yox” deməyi bacarmalıyıq.
Bəhanələri həyatınızdan atın!
Hər zaman hər şeyi etmək gücündəsiniz və bəhanələr sizi durdurmamalıdır! Sadəcə irəliyə doğru addımlayın və heç bir zaman heç bir işinizi yarımçıq qoymayın. Həyatda hər şey mümkündür və siz hər şeyi edə biləcək gücdəsiniz!
Son olaraq məhsuldar olmaqla bərabər hər zaman ətrafınızda olan insanlara mehriban davranmağı, yaxşılıq etməyi unutmayın. Əmin olun ki, ətrafa yaydığınız enerji bumeranq kimi sizə geri qayıdır. Həyata pozitiv baxmaq sizi daha məhsuldar olmağa kökləyər.
Təşəkkürlər. Çox faydalıdır!