Keyfiyyətli Təhsil Nədir?
- Azad Aliyev
- 5 Tem 2021
- 4 dakikada okunur
“Hər bir fərdin keyfiyyətli təhsil almaq şansı olmalıdır”. Bu dəyərli sözlərin müəllifi Bill Frist-dir. Bəs keyfiyyətli təhsil nədir?

BMT-nin 17 Dayanıqlı Inkişaf Məqsədlərindən biri və ən vacibi olan “Keyfiyyətli Təhsil”, müasir dünyamızda əvəzolunmaz rola sahibdir. İlk olaraq, bütün uşaqların inklüziv və bərabər formada təhsil almaq hüququ var. Maddi, fiziki durumundan asılı olmayaraq hər bir uşaq düzgün yazmağı, oxumağı və dərk etməyi öyrənməlidir. Ən əsas şərt isə, keyfiyyətli təhsil bütün uşaqların anlayacağı formada olmalıdır. Bir çox ölkələrdə ayrı-seçkilik, yoxsulluq və bunlara bənzər bir sıra səbəblərə görə, əksər uşaqlar yaxşı təhsillə təmin oluna bilmirlər. Məhz bütün dünyadakı uşaqları keyfiyyətli təhsillə təmin etmək məqsədilə BMT Dayanıqlı İnkişaf Məqsədlərindən dördüncüsünü “Keyfiyyətli Təhsil”-ə həsr etmişdir.

Hər şeyin təməlində təhsil durur. Təhsil gələcəyə edilmiş ən böyük və etibarlı yatırımdır. Təhsilsiz inkişaf imkansızdır və biz keyfiyyətli təhsil olmadan Dayanıqlı İnkişaf Məqsədlərinə nail ola bilmərik. Təhsil almaq, eyni zamanda sülhü, bərabərliyi təmin edən ən əsas vasitədir. Əgər daha gözəl, bərabərhüquqlu və inkişaf yolunda daha böyük addımlar atmış bir gələcək görmək istəyiriksə, bu yolda keyfiyyətli təhsilin mahiyyətini gözardı edə bilmərik.
Nə üçün məhz keyfiyyətli təhsil önəmlidir?
Hamımızın bildiyi kimi dünyada keyfiyyətsiz təhsil və ya savadsızlıq nəticəsində yaranan bir çox probləmlər vardır. İlk olaraq savadsızlıq. individuallarda vacib məlumatları dərk etmə qabiliyyətini əlindən alır.

Beləliklə onlar cəmiyyətimizdəki önəmli problemləri dərk etməyərək bu probləmlərin bir hissəsinə çevrilə bilirlər, məsələn cinsi, dini və irqi ayrı-seçkiliklər. Həmçinin, günümüzdə bir çox iş yerləri- əsasda maaşı çox olan işlər ali təhsil diplomu tələb etdiklərinə görə təhsilsiz insanların bir çoxu işsiz qalır və kasıblıq səviyyəsi artır. Beləliklə onlar, idman və ya məktəb qrupları kimi ictimai fəaliyyətlərdə fəal olmurlar. Nəticədə, tez-tez özlərini təcrid olunmuş və həssas hiss edirlər. Bu, təhsil səviyyəsi az olan insanların nəyə görə statistik olaraq cinayətə daha çox məruz qaldıqlarını qismən izah edə bilir- ya cinayətkar, ya da zərər çəkmiş kimi. Statistikaya əsasən həbsə girən 100 insandan 79-nun ali təhsil diplomu yoxdur.Bundan əlavə olaraq təhsilsiz insanlar öz biologiyaları haqqında məlumatlı olmadıqda, və dərman ala bimədikdə, bu problem öz-özlüyündə insanların sağlamlığına ciddi təsir edərək onların tez ölümünə səbəb olur. Bununla belə 2 milyarddan çox insan bir cümlə oxumaq və yazmaqda çətinlik çəkir. Ən pis hal isə alimlərə görə savadsızlıq nəsildən nəsilə yayılan problemdir. Valideynlər savadsız olduqda uşaqlar üçün təhsilin önəmini tam dərk etmir, və onlara bu yolda dəvamlı olaraq dəstək ola bilmirlər. Məhz bu səbəblərə görə daha yaxşı bir dünyada yaşamaq üçün keyfiyyətli təhsilin önəmi böyükdür.
“Keyfiyyətli təhsil” alan zaman gənclər hansı maneələrlə qarşılaşırlar?
Təhsil almayan uşaqların yarıdan çoxu Saharadan cənuba doğru yerləşən Afrika ölkələrində yaşayır. Bu region məktəbə getməyən uşaq sayı ilə bütün dünyadan fərqlənir.

Ümumi olaraq inkişafda olan regionların üçdə bir hissəsi ibtidai təhsil sahəsində gender bərabərliyi əldə etməyib. Okeaniya, Qərbi Asiya, Saharadan cənuba doğru yerləşən Afrika ölkələrində qızlar ibtidai və orta təhsil alarkən problemlərlə üzləşirlər. Təhsil sahəsində bu cür əlverişsiz şərait peşə hazırlığında da çətinliklər yaradır və gənc qadınların əmək bazarına çıxışını məhdudlaşdırır.

Təhsil almaq hər bir fərdin haqqıdır. Lakin elə olur ki, gənclər çətinliklərlə üzləşirlər və bu onları təhsildən yayınmağa səbəb olur. Ailə vəziyyəti qənaətbəxş olmayan fərdlər fiziki işlərdə işləyərək təhsil xərclərini qarşılayırlar və bu onlara təhsildən yayınmağa gətirib çıxarır. Sağlamlıqı məhdud olan uşaqların, bəzi diskriminasiyaya uğramış fərdlərin təhsilə cəlb olunmağı daha zəif olur. Keçmiş illərdə valideynlər öz qız evladlarını təhsilə cəlb olunmağını istəmirdi və necə deyərlər bacardıqları qədər təhsildən uzaq saxlayırdılar. Əlbətdə ki indiki zamanda ailələr müasir fikir və düşüncəyə malikdirlər və keçmişdə olunan diskriminasiyanı təkrar etmirlər. Lakin hər yerdə olduğu kimi burada da istisnalar mövcuddur. Bəzi ucqar rayonlarda bu “adət-ənənə” hələ də öz qüvvəsindədir.
Keyfiyyətli təhsil üçün həll yolları
Bu blog, hesabatdakı müxtəlif ölkələrin və təhsil mühitlərinin uğurlu siyasət, proqram, strategiya dəlillərinə əsaslanan 4 strategiyanı əks etdirir. Bu islahatları həyata keçirərək, ölkələr bütün uşaqlar və gənclərin, xüsusən də imkansız olanların potensiallarını reallaşdırmaq və tam həyat sürmək üçün lazım olan keyfiyyətli təhsil almalarını təmin edə bilərlər.

Mövcud tendensiyalara görə bəzi ölkələr 2030-cu ilədək ibtidai sinif müəllimlərinin ehtiyaclarını ödəyə bilməyəcəklər. Problem digər təhsil səviyyələri üçün daha böyükdür. Beləliklə, ölkələrin böyük çatışmazlığı aradan qaldırmağa başlayan siyasətləri aktivləşdirmələri lazımdır. Buna görədə ilk növbədə müəllim boşluqları doldurulmalıdır.
Ən yaxşı namizədlər tədrisə cəlb edilməlidir. Yəni bütün uşaqlar üçün ən az yaxşı orta səviyyəli bir ixtisaslı müəllimə sahib olmaq vacibdir. Bu səbəbdən hökumətlər yaxşı müəllim namizədləri fondunu genişləndirmək üçün keyfiyyətli orta təhsilə çıxışın yaxşılaşdırılmasına investisiya qoymalıdır.

Bütün uşaqların ehtiyaclarını ödəmək üçün müəllimlər yetişdirilməlidir. Bütün müəllimlərin bütün uşaqların öyrənmə ehtiyaclarını ödəmələrini təmin etmək üçün təlim almaları lazımdır. Müəllimlər sinifə girməzdən əvvəl keyfiyyətli müəllim hazırlığı təhsili proqramlarından keçmək və tədris bacarıqlarını inkişaf etdirmək üçün davamlı təlimlərə ehtiyac duyurlar.
Öyrənməni yaxşılaşdırmaq üçün müəllimlər yenilikçi tədris proqramları ilə təchiz edilməlidir. Müəllimlər, imkansız qruplardan olan uşaqların öyrənmə ehtiyaclarını ödəmək üçün hazırlanmış əhatəli və çevik tədris strategiyalarının dəstəyinə ehtiyac duyurlar.
İndi isə bir könüllünün keyfiyyətli təhsil haqqında olan təcrübəsini sizlə bölüşəcəyik.
“Kollec günlərimdə AIESEC-ə rast gəldim və dərhal xaricdə AIESEC tərəfindən təşkil olunan “Qlobal Könüllüluk” proqramına, cəmiyyətdəki dəyişikliyi təmin etmək fikri ilə qoşulmaq qərarına gəldim. Hər kəs üçün keyfiyyətli təhsili qətiyyətlə dəstəkləyirəm. Beləliklə, Mauritiusaya 7-17 yaş arası təhsildən uzaq qalan uşaqları reabilitasiya etmək, onları öyrətmək və onlara məqsədəuyğunluq gətirəcək konstruktiv fəaliyyətlərlə məşğul olmağı hədəfləyən “Elevate Mauritius” adlı bir layihə üzərində işləmək üçün getdim.

Bir komanda şəklində əlimizdən gələni etməyə çalışdıqdan sonra da məmnun olmaq əvəzinə tez-tez özümüzü aciz hiss edirdik, çünki yardım və dəstəyimizə ehtiyac duyan başqalarının da olduğunu bilirdik, amma resurs çatışmazlığı səbəbindən hamıya kömək etmək mümkün deyildi. Buna görə də son iş günüm xüsusilə ürək yandıran oldu. Belə ki, işlədiyim ilk həftə ərzində uşaqların mənə çox bağlanacağı və mənə ümid işığı kimi baxmalarını təsəvvür belə edə bilməzdim. Uşaqlara necə bağlı olduğumu, həyatlarında nə qədər böyük rol oynadığımı anladım.” Arsh Raina
Comentarios