top of page

AIESEC nədir? Təcrübə proqramları hansılardır?

  • Azad Aliyev
  • 25 Oca 2021
  • 3 dakikada okunur

Güncelleme tarihi: 27 Oca 2021

“AIESEC nədir?”- sualına bir çox, qlobal təşkilat, böyük ailə, gənclər toplusu və s. kimi cavablar ala bilərsiniz. Əslində isə bu sualın cavabı çox sadə, 3 sözdən ibarətdir - Beynəlxalq Gənclər Təşkilatı.



Bəli, AIESEC dünyanın 126-dan çox ölkəsində fəaliyyət göstərən beynəlxalq gənclər təşkilatıdır. Hazırda isə təşkilatda 44,000-dən artıq aktiv könüllü fəaliyyət göstərməkdədir. Yarandığı gündən etibarən 1 milyodan çox gəncin şəxsi inkişafına işıq tutan AIESEC-in əsas məqsədi gənclərin liderlik potensialını aşkara çıxararaq, onların inkişafına töhfə verməkdir. Bundan əlavə AIESEC müxtəlif proqramlar vasitəsilə gənclərə beynəlxalq təcrübə keçmək şansı da yaradır. AIESEC-in təcrübə proqramında iştirak edən gənclər xaricdə iş təcrübəsi qazanmaq, müxtəlif ölkələrin mədəniyyətləri ilə tanış olmaq, dünyanı kəşf etmək imkanı əldə edirlər. Artıq 14 ildən çoxdur ki, təşkilat Azərbaycan gənclərinin inkişafında əhəmiyyəli şəkildə rol oynayır. Hazırda "AIESEC Azərbaycan" təşkilatının ölkəmizdə 350-dən artıq aktiv üzvü vardır. Ölkəmizdə fəaliyyətdə olduğu gündən 10.000-dən çox gəncin şəxsi inkişafına töhfə verməkdə davam edir.



Dünyanın ən böyük gənclər təşkilatının yaranması və tarixi:

AIESEC-in yaranma tarixi 1938-ci illərə qədər gedib çıxsa da həmin vaxtlarda baş verən İkinci Dünya müharibəsi səbəbi ilə fəaliyyətini dayandırmağa məcbur olur. Lakin müharibənin bitməsi, özü ilə birgə bütün sahələrə canlılıq gətirir. İkinci Dünya Müharibəsi Avropa xalqları arasındakı münasibətlərə ciddi şəkildə ziyan vurmuşdu və cəmiyyətin bir çox üzvü bu problemi həll etməyin vacibliyini çox yaxşı başa düşürdü. Nəticədə, 1948-ci ildə Avropanın 7 ölkəsində Jean Choplin (Fransa), Bengt Sjostrand (İsveç) və Dr. Albert Kaltenthaler (Almaniya) tərəfindən AIESEC rəsmi şəkildə quruldu. Təşkilat sonrakı illərdə sürətlə böyüyərək 1955-ci ildə 1000-dən çox mübadilə proqramı həyata keçirdi. 1957-ci ildə AIESEC ilk Şimali Amerika üzvü ABŞ-ı, 1958-ci ildə isə ilk Cənubi Amerika və Afrika üzvlərini Kolumbiya, Venesuela və Cənubi Afrikanı qəbul edərək qlobal təşkilata çevrildi.



AIESEC-in təcrübə proqramları və mübadilə imkanları:

AIESEC gənclərə yerli könülülük proqramlarında təcrübə keçmək şansı yaradır. Yerli könüllülük proqramında iştirak edən gənclər özlərninin marketinq, satış, kommunikasiya və ən əsası liderlik bacarıqlarını inkişaf etdirirlər. Gənclər yerli və xarici vətəndaşlarla işləyərək özlərinə geniş əhatə qazanırlar. Burda əldə etdikləri təcrübə onların həm şəxsi, həm də karyera həyatlarında əhəmiyyətli rol oynayır.


Yerli könülülük proqramlarından əlavə AIESEC gənclərə qlobal mühitdə beynəlxalq təcrübə yaşamaq imkanı verir. Hazırda AIESEC-in 3 müxtəlif təcrübə proqramı, Global Volunteer, Global Teacher və Global Talent mövcuddur. Bu tərübə proqlarının məqsədi 18-30 yaş arası, özünü inkişaf etdirmək istəyən gənclərə dəstək olmaqdır. Qeyd eydiyimiz hər 3 təcrübə proqramı bir-birindən layihə müddəti, tələb olunan iş təcrübəsi, müraciət və qəbul proseslərinin müxtəlifliyinə görə fərqlənirlər. Gəlin bu layihələr ilə qısa şəkildə tanış olaq:



Global Volunteer

Global Volunteer 6-8 həftəni əhatə edən beynəlxalq könüllülük proqramıdır. Proqrama qoşularaq siz müxtəlif sosial layihələrdə iştirak edib, öz dil biliklərini inkişaf etdirmək, beynəlxalq dostlar qazanmaq və digər ölkələrin mədəniyyətləri ilə tanış olmaq imkanı əldə edirsiniz. Onu da qeyd etmək lazımdır ki, Global Voluteer proqramında layihələr BMT-in Daynıqlı İnkişaf Məqsədləri ( SDG ) əsasında qurulur. Siz bu layihələrdə iştirak etməklə yalnız özünüzə deyil, dünyaya tövhə vermiş olursunuz.

Global Volunteer proqramına müraciət etmək isə çox rahatdır; sadecə

18-30 yaş aralığında və orta səviyyə İngilis-dili biliklərinizin olmağı kifayətdir.



Global Teacher

Global Teacher, bu sahədəki tələbələrin və gənc məzunların xaricdəki qeyri-hökumət təşkilatlarında, təhsil müəssisələrində və ya beynəlxalq məktəblərdə təcrübə qazanması üçün hazırlanmış 9-78 həftəlik bir proqramıdır. İştirakçılar beynəlxalq təhsil mühitində çalışmaqla, yalnızca müəllimlik bacarıqlarını inkişaf etdirmirlər. Onlar, həmçinin, fərqli bir mədəniyyətin sosial inkişafına töhfə vermiş olurlar.




Global Talent

Global Talent, universitet tələbələri və ya məzunlarının ixtisaslaşmaq istədikləri sahələrə uyğun olaraq xaricdə peşəkar təcrübə qazanmasını hədəfləyən beynəlxalq bir proqramdır. Global Talent gənclərə nəzəri biliklərini tətbiq etmək imkanı yaradır. Startap, biznes mərkəzləri və beynəlxalq şirkətlərdə qazandıqları bu peşəkar təcrübə onları iş həyatlarında rəqiblərindən bir addım öndə edir. Bu təcrübə proqramı 5 əsas ixtisas sahəsini, Mühəndislik, Maliyyə, IT, Bizness və Marketinqi əhatə edir.







AIESEC haqqında daha ətraflı məlumat və müraciət üçün aiesec.org saytını ziyarət edin.




 
 
 

Commentaires


Bizi sosial şəbəkələrdə izləyin!

  • Beyaz Facebook Simge
  • Beyaz Instagram Simge
  • Beyaz Heyecan Simge

Yeni bloglardan xəbərdar olmaq üçün bizi izlə!

bottom of page