top of page

Gəlin Evimizi Dünyaya Açaq

  • Azad Aliyev
  • 1 Nis 2021
  • 2 dakikada okunur

Öncəki bloqlarımızdan bildiyiniz kimi, AIESEC təşkilatı gənclərə xaricdə təcrübə keçmək imkanı yaradan müxtəlif layihələr həyata keçirir. Bu layihələrdə iştirak edən gənclər həmin müddət ərzində qonaq ailə ilə yaşayır. “Bəs qonaq ailə nədir?” Ağlınızda yarana biləcək bu kimi suallara aydınlıq gətirmək üçün bugünkü bloqumuzda qonaq ailə haqqında danışmaq qərarına gəldik.



Qonaq ailə nədir?

Qonaq ailə birlikdə xoş vaxt keçirdiyiniz, eyni zamanda müxtəlif mədəniyyətləri öyrəndiyiniz, problemlərinizdə sizə dəstək olan, evdən və ailədən uzaq olmağı unutduran xaricdəki ikinci ailənizdir. Qonaq ailənin layihələrdə iştirak edən gənclərin qazandığı təcrübəyə birbaşa və əhəmiyyətli təsirini nəzərə alaraq seçim prosesi kifayət qədər ciddi şəkildə aparılır. Bu ailələrlə görüşlər keçirilir, müsahibələr alınır, həmin ailənin maliyyə səviyyəsi, bilik və dil bacarıqları araşdırılır və sonda, bütün tələblərə cavab verərsə, bu ailə qonaq ailə olaraq seçilir.



Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, qonaq ailələr isə ayrı gözəldir.

Bu bloqu oxuyarkən çoxunuzun ağlına ” qonaq ailədə qalmaq mənə nə qazandıracaq?” və ya “mən niyə qonaq ailə olmalıyam?” kimi suallar gələ bilər. İlk öncə, gəlin qonaq ailədə qalmağın sizə nələr qazandıracağına nəzər salaq. Xarici bir ölkədə yaşamağa başlayanda hamı müəyyən çətinliklərlə üzləşir ki, bunların bəziləri ölkə mədəniyyətini, gündəlik həyat tərzini bilməməkdən irəli gəlir. Özünüzü Azərbaycana könüllü olmaq üçün gələn xarici bir gəncin yerinə qoyaraq, Novruz bayramı zamanı qapınızda papaq tapdığınızı təsəvvür edin. Bu zaman reaksiyanız necə olardı? Anlamaqda çətinlik çəkərdiniz, elə deyil mi? Bu baxımdan qonaq ailə həm mədəniyyətin öyrənilməsində, həm də adaptasiya olma prosesində gəncə çox köməklik göstərir. Həmçinin ən sosial insan belə ailəsindən uzaq qaldıqda darıxır, bəzi fikirlərini bölüşmək üçün ailəsinə ehtiyac duyur.

Belə anlarda problemlərinizi qonaq ailənizlə rahatlıqla bölüşə bilərsiniz və əminliklə, deyə bilərik ki, onlar hər zaman sizə dəstək olmağa, kömək etməyə çalışacaqdır. Xaricdəki layihələrimizdə iştirak edə bilmirsinizsə, Azərbaycanda qonaq ailə olmaqla da bir çox şey qazana bilərsiniz. Məsələn, başqa bir mədəniyyət və etnik mənsubiyyət ilə tanışlıq dünyagörüşünüzü genişləndirəcək, anlayış qabiliyyətinizi artıracaq, və beləcə mədəniyyətlərarası qarşılıqlı əlaqələrə töhfə vermiş olacaqsınız. Əlavə olaraq, dil bacarıqlarınızı da inkişaf etdirəcəksiniz. Ən əsası isə unudulmaz anlar və səmimi dostlar qazanacaqsınız.




Əgər hələ də qonaq ailə olmağa və ya qonaq ailə ilə yaşamağa tərəddüd edirsinizsə, sizi bu təcrübəni yaşamış şəxslərin fikirlərini bölüşdüyü növbəti bloqlarımızı oxumağa dəvət edirik!

 
 
 

תגובות


Bizi sosial şəbəkələrdə izləyin!

  • Beyaz Facebook Simge
  • Beyaz Instagram Simge
  • Beyaz Heyecan Simge

Yeni bloglardan xəbərdar olmaq üçün bizi izlə!

bottom of page