Həyat tərzini yenilə!
- Azad Aliyev
- 20 Haz 2021
- 3 dakikada okunur
Biz gənclər bu yaş dönəmimizdə işgüzar karyeramıza çox vaxt ayırırıq.Lakin,işgüzar karyeramızın inkişafında özümüzə vaxt ayırmağı,fərdi inkişafımızda dərsdən kənar hobbilərin vacibliyini unuduruq. Həmçinin,iş dünyasına qatıldıqda sizdən soruşulan “Hobbiləriniz nələrdir? və ya “Boş vaxtlarınızda nələr edirsiniz?” sualının verilməsi ilə də rastlaşmısınız.Rəqabətçil mühit bacarıqlı və inkişafına hərtərəfli yön verən şəxsləri tələb edir. İş zamanı və işdən kənar fəaliyyətinizdə yeni hobbilər toplamaq, zövq aldığınız bir şeylə məşğul olmaq karyeranızda sürətli yüksəlişə səbəb olur və sizi stressdən azad edir.
Sağlam həyat
Məşq etmək sağlam həyat tərzinin imtina edilməz ünsürüdür. Əzələləri diriləşdirib qüvvətləndirir, dayanıqlılığı artırır, yuxunu nizamlayır. Xarici görünüşünüzü dəyişdirərək özünəinamı da gücləndirir. Əgər siz,inkişafınızda daha çox fiziki və mental sağlamlıq yönümlü inkişaf istəyirsinizsə,bu məşğuliyyətlərdən birini seçərək başlaya bilərsiniz.
Pilates və ya fitnes- Pilates məşqlərinin əsas məqsədi ağıl-bədən bütövlüyünü təmin etməkdir. Effektiv bir məşq üçün hər məşq nəfəs almağa və düzgün hərəkətə yönəldilir. Pilates bədənin özəyini gücləndirərək tarazlığı və koordinasiyanı artıraraq stresi azaldır. Fitnesdə digər bütün idmanlardan fərqli olaraq təməldə əzələlərin tək-tək, alətli ya da alətsiz işlədilməsiylə möhkəmləndirilməsi və gücləndirilməsi məqsəd qoyulur.

Yoqa və meditasiya- Bir-biri ilə əlaqəli olan bu iki sahə günümüzdə önəmli yer tutur.Yoqa ilə siz daha elastik bədənə sahib ola bilərsiniz. Həmçinin yoqa fəlsəfəsini öyrənərək yeni maraq dairəsi yarada bilərsiniz. Meditasiya ilə isə zehni inkişafınıza vaxt ayıra bilərsiniz. Elmi bir zehni rahatlama üsulu olan meditasiya dərindən yaxşılaşma metodudur və yüzlərlə növü vardır. Beləliklə,nəfəs tempinizi,yaddaşınızıvə ən əsası daxili dünyanızı sakitləşdirəcək,stressi azaldacaqdır.
Art/İncəsənət
Oriqami sənəti-Oriqami(yaponca, ori – qatlamaq, kami – kağız ) kağız ilə qayçı və ya yapışdırıcı istifadə etmədən fərqli fiqurlar yaratmaq sənətidir. Bu sənət növündə əlinizin altında olan kağızla cürbəcür heyrətamiz işlər görə bilərsiniz. Oriqami ilə maraqlanan insanların ümumi konsentrasiyası artır. Bu sənət ilə maraqlanmaq insanların estetik qavrayışlarını və dünyaya baxışlarını dəyişdirir. Oriqaminin sirlərini öyrənmək istəyənlər bu barədə internetdə çoxlu videolar tapa bilər.Bununla yanaşı,bu sənətin tarixini öyrənmək istəsəniz“Sadako və min kağız durna” əsərini oxumağınızı tövsiyə edirik.

Mozaika və ya puzzle- Ölkəmizdə nisbətən kiçik ölçüdə olan mozaikalar adətən uşaqlar üçün əyləncəli bir oyun kimi istifadə olunur. Ancaq geniş ölçülü mozaikalardan istifadə etmək çox faydalı bir hobbi halına gələ bilər.Puzzle yığmaq insan beynini ən çox işlədən məşğuliyyətlərdən biridir. Bundan əlavə eyni oriqami kimi insanı diqqətli və səbirli olmağa da vadar edir. Məqsədyönlülük və adaptasiya problemi yaşayan insanlar üçün də mozaika yığmaq ideal seçimdir.
Virtual art-virtual art başlığı altında siz normal həyatda gördüyünz rəsm və sənət işlərini daha əlçatan şəkildə edə bilərsiniz.Bunun üçün sizə sadəcə kreativ və ilhamverici düşüncələr lazım olacaq.

Gil və ya seramika- Bu sahələr ölkəmizin də qədim sənət növü olduğundan siz bunları sənət mərkəzlərində edə biləriniz. Yeni maraq dairəsi olaraq “ havada quruyan gil” materialını əldə edərək, evdə maraqlı işlər görə bilərsiniz. Həmçinin DİY (Do İt Yourself) başlığı altında araşdırmalar edərək,fərqli məşğuliyyətlər tapa bilərsiniz.
Bədii Oyma sənəti-Metal, daş, kağız və s. üzərində müxtəlif alətlərlə naxış və ya fərqli füqurlar yaradan bu sənət Azərbaycanda tarix boyu mövcud olmuşdur. Hazırda onunla peşəkar məşğul olanların sayı çox az olsa da, hobbi kimi məşğul olan insanlar var. Əl qabiliyyəti tələb edən bu sənət həm də gəlir mənbəyi ola bilər.
Virtual məşğuliyyətlər
Hal-hazırda pandemiya dövründə olduğumuza görə öncəki zamanda olduğu kimi hər sahə ilə məşğul ola bilmirik. Bu boş zamanı isə sosial mediada keçiririk. Günümüzdə insanların texnologiya ilə daha yaxın olması artıq rəqəmsal dünyada yeni məşğuliyyət sahələri meydana gəlmişdir. Xüsusilə “Youtube”dakı öyrədici videolar sayəsində insanlar bir çox bacarıqlarını inkişaf etdirə bilirlər. Bundan əlavə müxtəlif elmlər haqqında məlumat toplamaq, dil bacarıqlarını inkişaf etdirmək üçün də maraqlı və əyləncəli tətbiqetmələr mövcuddur.

Geocaching- Virtual xəzinə axtarışına çıxmaq istəyərsiniz? O zaman bu maraqlı oyunu oyanaya bilərsiniz.Geocaching tətbiqetməsini endirərək xəzinə axtarşına başlaya bilərsiniz.Burada sizə yaxın ərazidə müxtəlif insanların gizlətdiyi sirli qutuları,sayta yerləşdirdikləri GPS(koordinatlar vasitəsi ilə) tapırsınız.Bunlarla yanaşı artıq siz virtual şəkildə ən tanınmış muzeyləri gəzə bilərsiniz.Məsələn,Frida Kahlonun evi,Luvr muzeyi və s.
İş və dərslərin çoxluğu, stress hər kəsin ortaq problemidir. Buna görə də mütəxəssislər insanlara boş vaxtlarını maraqlı, əyləncəli və faydalı keçirməyi tövsiyə edir. Gənclərin adətən boş vaxtlarında dostlarla görüşmək, kitab oxumaq, film izləmək, musiqi dinləmək və.s kimi məşğuliyyətləri vardır. Biz isə sizə bu tip hobbiləri yox daha fərqli hobbiləri tövsiyə etdik. Ümidvarıq ki,siz də yuxarıdakı məşğuliyyətlər arasından özünüzə ən faydalı olanları seçib həyata keçirərsiniz.
Kommentare