Nahid Məmmədov Türkiyədə yaşadığı təcrübəni bizlərlə bölüşür:
- Azad Aliyev
- 19 Haz 2021
- 4 dakikada okunur
Mən Nahid Məmmədov, hazırda Bakı Ali Neft Məktəbində Neft-qaz mühəndisliyi ixtisasında 5-ci kursda təhsil alıram. Özüm əvvəllər LC BAKU KHAZAR-in 3-cü LCP(Yerli Komitə Prezidenti) olmuşam. 2018-ci ilin yayında AIESEC vasitəsilə Global Volunteer(Qlobal Könüllü) proqramı ilə Türkiyənin İzmir şəhərində təcrübədə olmuşam.
Başlayaq tanışlıq mərhələmdən və könüllük üçün müraciət prosesimdən. Qrup yoldaşım AIESEC-ə üzv olduqdan sonra mənə də qoşulmağı təklif etdi. Fikrini dəyərləndirdim və oGV(Outgoing Global Volunteer)departamenti üzrə üzv olaraq qəbul olundum. Elə vaxtlar olurdu ki, EP-lər daim məndən Global Volunteer-ə gedib-getmədiyimi soruşurdu. Bu hal bir neçə dəfə təkrar olunandan sonra nəhayət fikir ağlıma batdı: “Niyə də yox?!” Sonrada qərara aldım ki, Global Volunteer(Qlobal Könüllü) kimi layihələrə müraciət etməliyəm. Bu İzmirdə bir layihə idi.

İlk olaraq deməliyəm ki, qonaqlma ilə bağlı heç bir problemim olmadı və razı qaldım. Məndə Host Family(Qonaq Ailə) idi. İzmirə çatdıqdan sonra Host family 6 həftə sonra geri qayıdarkən qaytarmaq şərti ilə mənə evi və evin açarını təhvil verdi. Çox sevinmişdim. Hər şey bir sözlə mükəmməl idi. Birlikdə çox vaxt keçiridik və əyləndik. İstər birlikdə film izləmək baxımından, istərsə də şəhəri mənə gəzdirmələri cəhətdən çox məmnun idim. Və şad oldum ki, belə bir Qonaq Ailəm var.
Mənə görə sadəcə EP(Exchange Participant) olub getməklə, AIESECer olub GV(Global Volunteer) kimi getmək arasında fərqlər var. Çünki AIESEC-də olub Global Volunteer kimi müraciət etməzdən öncə artıq bu prosedurlardan və AIESEC-in necə işlədiyindən xəbərdar olursan. Bu da bir növ səninlə digər AIESECer-lər arasında daha səmimi ortam yaradır. Amma sadəcə EP olaraq gedəndə məqsədlər qismən daha fərqli olur deyə düşünürəm. Mən də AIESECer olaraq getmişdim. Təəssüratlarıma gəldikdə isə deyə bilərəm ki, həm əylənmək üçün, həm də özümün şəxsi inkişafım üçün bu seçimi qarşıma məqsəd qoymuşdum və bir çox şeyə nail olmağı hədəfləyirdim. Xoşbəxtlikdən də hamısına nail oldum. Həm ölkəni gəzdim, həm də çoxlu dostlar qazandım. Bəlkə kimlərinsə həyatını dəyişmək kimi bir şansım da oldu. Mənim layihəm tədris ilə bağlı idi. İngilis dili tədrisi edirdik. Yerli uşaqlarla bağlı çox fəaliyyətlər həyata keçirdik. Məncə biz də onların yaylarının səmərəli keçməsinsə böyük rolumuz oldu. Qısacası çox müsbət təəssüratla, gözləntilərlə getmişdim və hər şey də öz gözləntilərimi qarşılandı.
İş mühiti və iş saatları haqqında danışası olsaq, iş saatları 4 gün idi. Həftə içi 1-ci gündən 4-cü günə kimi, saat 12 ilə 3 araaında olan vaxtı əhatə edirdi. Beləcə iş vaxtı çox az olduğundan gəzmək üçün, özümə də ayırmaq üçün vaxt qalırdı.
İzmirdə baş çəkdiyim ən gözəl yer Efes adlanan tarixi bir ərazi idi. Artemida məbədi, Məryəm Ana evi, bir çox antik yunan abidələri də orda yerləşirdi. Biz EP-lərlə getmişdik. Şəhərdən uzaq olmasına baxmayaraq birlikdə çox maraqlı vaxt keçirmişdik.
Orda Əlcəzairdən, Pakistandan, Rumıniyadan, İtalyadan, Azərbaycanın özündən, Qırğızıstandan yeni dostlarım oldu. Əslində biz 66 nəfər idik. Elələri də var idi layihənin sonuna qədər heç tanış ola bilmədik.
Regional Presidents Meeting adlanan, hər il LC(Yerli Komitə)lərin qatıldığı bir konfrans var. Mən də 2019-cu ildə 2021 term(mərhələ)-i üçün yeni LCP(Yerli Komitə Prezidenti) seçilmişdim. Görüş Rumıniyada nəzərdə tutulmuşdu və mən ora gedəndə məhz oGV-dən olan dostuma baş çəkmək üçün başqa bir şəhərə getmişdim. 3 gün onunla qaldım və məni şəhərdə gəzdirməyindən çox məmnun qaldım. Bundan başqa onu da deyə bilərəm ki, orada tanıdığım IGV(Incoming Global Volunteer) komanda üzvləri türklər idi və mən bir neçə dəfə Türkiyəyə gedəndə oradakı həmin uşaqlar məni qarşılayırdılar. Bir-birimizə qarşı çox müsbət atmosfer yaratmışdıq.
Yaşam xərclərini nəzərə alaraq belə nəticə gəldim ki, İzmirdəki qiymətlər Bakıya nisbətən daha bahalı idi. Amma mən getməzdən əvvəl müəyyən qədər pul yığmışdım. Eyni zamanda ailəm də mənə maddi olaraq yardım etdi. Buna görə heç bir problemsiz, rahatca yaşam xərclərini qarşılaya bilirdim.

AIESEC-də GV(Qlobal Könüllü) olmaq həqiqətən digər könüllülüklərdən daha fərqli olurmuş. Buradakı könüllülüyün mənfi cəhəti olmadığını əvvəlcə bildirmək istəyirəm.Müsbət cəhətlərə gəldikdə isə şəxsi həyatıma çöx böyük təsir göstərdi.Eyni şeyi peşəkar həyata da aid edə bilərəm.Dünyaya qarşı görüşüm, baxış bucağım həqiqətən də çox dəyişdi.Buna misal olaraq mən İzmirdə olan vaxtlarımda dilini bildiyimiz ölkə olmasına baxmayaraq öz başıma qalanda qarşıma çox problemlər çıxdı və mən həmin problemlərə çarə taparaq özümü inkişaf elətdirdim.GV(Qlobal Könüllü) özünü inkişaf elətdirmək üçün ən ideal üsuldur. Buradan gənclərə tövsiyəm o ola bilər ki,harada və hansı şəraitdə olmağından asılı olmayaraq özünüzü inkişaf elətdirmək üçün əlinizdən gələni edin və dünya ilə inteqrasiyada olun. Qloballaşan bir ölkədəyik və buna görə də dünya ilə inteqrasiyanın ən yaxşı yolu AIESEC layihələridir.Çalışın bu layihələrdən əlinizdən gəldiyi qədər istifadə edin.AIESEC-də nə qədər irəliləyə bilərsinizsə irəliləyin.AIESEC-də nə etsəniz qarşılığını iki qat alacaqsız.Həqiqətəndə bu belədir.Buna sübut olaraq mənim özümü göstərmək olar. AIESEC də irəlilədikcə hər pozisyonda bir şey öyrənirsiz və hər dəfə digər pozisyona keçdikdə görürsüz ki əslində heçnə bilmirmişsən. Hər bir pozisyon sizə bir şey qatacaqdır. Mən İzmirə gedəndə türklərlə yaxşı əlaqə qurmağı bacarmışdım və özümlə hədiyyə də aparmışdım. Ən birincidən onların gözünə girməyə bacarmışdım. Bundan sora icazə alaraq istədiyim şəhərə gedə bilirdim. Dostlarımdan Ankarada işləyənlər var idi, məndə onların yanına gedirdim və şəhəri gəzirdim. Deadliner biri idim, hələdə eləyəm.

İzmirdə gəzməli olduğum yerləri və edəcəyim şeyləri əvvəlcədən planlaşdırmışdım və buna uyğun olaraq siyahı hazırlamışdım.Deadliner biri olduğuma görə o listdəki edəcəyim şeylərin və gedəcəyim yerlərin 70%-in son iki günümdə eləmişdim. Son olaraq orada yaşadığım maraqlı bir hekayəni danışmaq istəyərdim. Təzə-təzə getdiyim vaxtlar idi. Hardasa 30 uşaqla birlikdə klubda oturmuşduq. Hamı nəsə içki sifariş edir və içirdik.Bir sözlə yaxşı vaxt keçirdik. Bir müddət sonra uşaqlardan bir neçəsi yavaş-yavaş aradan çıxdılar. Düzdü bəziləri pul verib getmişdi. Birdə gördük ki sona 6 nəfər qalıb. Təəssüflər olsun ki,o 6 nəfərdən biri mən idim. Hesabı istədikdə gördük ki, ödəniləcək pul adam başına əlavə olaraq xeyli düşür. Düzdür daha sonra eyni şeyi biz də onlara etmişdik.Əgər bir gün xaricə getsəniz və belə bir atmosferə düşsəniz çalışın sona qalanlardan olmayın.




Yorumlar