top of page

COVID-19 vaxtı evdə boş oturma!!!

  • Azad Aliyev
  • 27 Oca 2021
  • 3 dakikada okunur

Güncelleme tarihi: 2 Şub 2021


Hər birimiz sevdiklərimizlə görüşməyi və ünsiyyət qurmağı, tədbirlərdə tək və ya

dostları ilə iştirak etməyi, çölə çıxmağı və gözəl havadan zövq almağı sevirik. Ancaq

təəssüf ki, gündəmimizdə bütün dünyanı əhatə edən və böyük bir risk yaradan

COVID-19 virusu var. Bu prosesi mümkün qədər sosial məsafəyə və gigiyenaya

əhəmiyyət verərək yaşayış sahələrimizdə keçirməyimiz vacibdir. Əlbətdə ki, belə

olduqda, hamımız evdə asudə vaxt üçün nə edə biləcəyimizi düşündük. Narahat

olma; sizə kömək etmək üçün buradayıq. Evdə keçirdiyiniz prosesi məhsuldar

etmək və psixoloji cəhətdən yaxşı hiss etmək üçün evdə edəcəyiniz fəaliyyətlər:



Vaxtınızı özünüzü inkişaf etdirmək üçün sərf edin:

Öyrənmək üçün daha çox vaxtınız olmasını arzuladığınızı xatırlayırsınız? Budur

şansınız! Prodaktiv olmaq üçün birinci özünüzə vaxt ayırın. Uzun müddətdir etmək

istədiyiniz və edə bilmədiyiniz işlərinizi edin. Karantin müddətində vaxtınızı səmərəli

keçirtmək üçün onlayn bir kursa baslaya, xarici dilinizi inkişaf etdirə və sevdiyiniz bir

kitabı oxuya bilərsiniz. Bunun üçün sizin yararlana biləcəyiniz bir sıra kurslar var.

Udemy, Coursera.org, Edx.org, Bilgeis.net, Linkedin learning və Youtube kimi

platformalarda bir çox faydalı kurslar və videolar vardır. Maraqlandığınız sahələrlə

əlagəli onlayn kurslar axtarmaq ve gündəlik işinizdə bu kurslara vaxt ayira bilersiniz.

Xarici Dil inkişafı üçün əlavə olaraq Dualingo, Cambly, Drobs, Ewa və Memrise kimi

tətbiqlərdən istifadə edə bilərsiniz.




Zamanınızı planlaşdırın:

Gündəlik tutun, bu duyğularınızı ifadə etməyin etibarlı bir yolu olmaqdan əlavə,

hər gün çəkdiyiniz mübarizəyə baxmayaraq minnətdar olduğunuzu sadalayaraq xoşbəxtliyinizi artıra bilər. Növbəti həftələrdə əldə etmək istədiyiniz şeylərin siyahısını hazırlamağa başlayın və bu siyahını görünən bir yerə qoyun. Artıq başa çatdırmaq istədiyiniz işlərin ümumi bir icmalına sahib olduğunuzdan əmin olun! Bunu nə vaxt edəcəksən? Nə lazımdır? Tapşırıqlarınızı müvafiqliyə görə sıralayın

gündəlik və həftəlik bir plan qurun. Görülməli olan işləri cızdığınızdan sonra əmin

olun ki, çox yaxşı hiss edəcəksiniz. Bunun üçün bir sıra sayt və ya tətbiqlərdən də

istifadə edə bilərsiniz. Trello, Slack, Ticktick, Todoist və Microsoft To Do kimi

tətbiqlər burada sizin köməyinizə çatacaqdır.




Yeni hobbilər kəşf edin:

Evdə səmərəli vaxt keçirmək istəyirsinizsə, başqa bir yaxşı təklifimiz var: Evinizi gözəlləşdirəcək hobbilər qazanın. Cisim boyamasından taxta boyamağa qədər bir çox yeni hobbi əldə edə, hətta mobil tətbiqetmələrdən yaratdığınız obyektləri sataraq gəlir modeli yarada bilərsiniz. Boş vaxtınızı səmərəli keçirtmək və bu anlardan zövq almaq hobbi sayəsində mümkündür. Yeni yemək resseptlərinə baxmaq, film vəya serial izləmək ,yeni bir incəsənət ilə məşğul olmaq, rəsm çəkmək, toxuma ilə məşğul olmaq və bloglar yaza bilərsiniz. Bir çoxumuzun çalmağı öyrənmək istədiyi amma vaxtsızlıqdan üzərinə düşə bilmədiyi bir musuqi aləti vardır. Və indi evdə keçirdiyiniz vaxtın bir hissəsini həmin alətə ayırmaq üçün uyğun vaxtdır. Onlayn təlimlər və videolar ilə bir musiqi alətində çalmağı öyrənə bilər və xəyalınızı addım-addım reallaşdıra bilərsiniz.




Vaxtınızı pula çevirin:

Koronavirus sayəsində öyrəndik ki, kurslara evdən çıxmadan da davam edə bilərik. Onlayn tercüməçilik edərək və ya onlayn kurslar verərək evdən pul qazana bilersiniz. Qrafik dizayn, programlaşdırma ve logo dizayneri kimi sahələrdə frelancer

işləmək imkanı da mümkündür. Bunun üçün Upwork, Fiverr, Textbroker, Freelancer, Toptal, Guru və PeoplePerPage kimi website veya tətbiqlərdən istifadə edə bilərsiniz. Məqalalər yazıb və bunları digər saytlara sataraq pul qazana bilərsiniz. Yemək tarifləri, uşaqlarla həyat ,səyahət,makiyaj, həyat tərzi və daha çox şey haqqında

məzmun yarada bilərsiniz.




İdmanla məşğul olun, meditasiya edin:

Mütəmadi olaraq məşq etməyə vaxt ayırın. Hal-hazırda bir çox idman salonu,

yoga və pilates studiyası pulsuz onlayn dərslər təklif edir. Bundan faydalanın. Fiziki

fəaliyyətlə məşğul olmaq sizi daha xoşbəxt və enerjili hiss etməyə kömək edəcəkdir.

İdman etmək eyni zamanda dopamin istehsal edir. Dopamin səviyyəsinin azalması

həyati coşğunu azaldır. Artması isə xoşbəxtliyi, zövqü və motivasiyanı artırır. Bu səbəbdən dopamin "xoşbəxtlik hormonu" da adlanır. Həm zehninizi, həm də bədəninizi avadanlıqlar olmadan sağlam saxlamağın əla yolu yoqa ilə məşğul olmaqdır. Erkən durun və gündəlik yoga edərkən günəşin doğuşuna baxın. Fikrinizi sakitləşdirəcək və gününüzü daha rahat keçirməyinizə kömək olacaqdır.

Müxtəlif tətbiqlər yükləməklə və videolar izləməklə her gün müəyyən saatda

gündəlik idmanınızı tamamlaya bilərsiniz. Sworki, Body Boss, Fit365, FitnessBuilder,Popsugar fitness və Yoga Plus kimi tətbiqlərdən istifadə edə bilərsiniz.




Kreativ olun:

Faydalı saytlar, təhsil veb səhifələri və maraqlı saytlar vaxtımızı səmərəli

keçirməyin əla yolu ola bilər. Çünki kompüterdə yeni dünyalar təqdim etmə şansı

verən şeylərdən biri də əvəzolunmaz internetimizdir.

Ən məşhur zoopark və muzeylərdən bəzilərinə virtual turlar təşkil edə biləcəyinizi bilirdinizmi? Yeni bir şey öyrənmək, sevimli bir sərgiyə yenidən baxmaq və uşaqların sənət, tarix və heyvanlarla əlaqəli olmasına kömək etmək üçün bir çox maraqlı seçim var. Misirşünaslıq və dinozavrlardan tutmuş klassik və müasir sənətə, Parisin Luvr,

Nyu-Yorkun Guggenheim muzeyi, Florensiyanın Uffizi Qalereyası və s. kimi dünya səviyyəli təşkilatlara virtual turlar və daha çox şey edə bilərsiniz.İnternetdən bu kimi

daha fərqli veb saytlarını tapa bilərsiniz.





Pozitiv qalın və əylənməyi unutmayın:

İlk öncə yuxarıdakı məqsədlərimizə çatmaq üçün gün ərzində positiv qalmağı və bunu insanlara ötürməyi unutmayın. Rəqs edin, zövqünüzə uyğun olaraq

bəyəndiyiniz bir masa oyunu ala, evdə keçirdiyiniz vaxtı özünüz və ailəniz üçün daha əyləncəli hala gətirə bilərsiniz. Faza 10, Skip Bo və Uno kimi klassik kart oyunları və Monopoly, CandyLand kimi masa oyunları oynaya bilərsiniz. Hətta zövqünüzə uyğun bir puzzle ala bilər və ailəcə puzzle bitirərək evdə keçirdiyiniz zamanı daha səmərəli keçirə bilərsiniz.Və son olaraq, bu günlərin müvəqqəti olduğunu unutmayın. Müsbət düşünərək nələr edə biləcəyinizə fokuslanın.





 
 
 

Commentaires


Bizi sosial şəbəkələrdə izləyin!

  • Beyaz Facebook Simge
  • Beyaz Instagram Simge
  • Beyaz Heyecan Simge

Yeni bloglardan xəbərdar olmaq üçün bizi izlə!

bottom of page