Psixologiyamıza təsir edən amillər
- Azad Aliyev
- 19 Haz 2021
- 3 dakikada okunur

Günümüzdə insan psixologiyası çox həssasdır. Xüsusilə gənc yaşlarda kiçik şeylər belə böyük təsirlərə yol aça bilir. Buna görə də mütəxəssislər psixologiyaya neqativ təsir göstərən amillərdən uzaq durmağı insanlara tövsiyə edir. Bu məqalədə psixologiyaya təsir edən amillər haqqında məlumat ala bilərsiniz.
Musiqi
Bir çox araşdırmalar göstərir ki, musiqi sözünün kökü yunan mifalogiyasında Musa – şəfa paylayan tanrıdan gəlir. Qədim yunanlara görə musiqi insan ruhunun təlim-tərbiyəsində böyük rol oynayır. Yəqin ki, “musiqi ruhun qidasıdır” ifadəsi də məhz elə burdan gəlir.
Musiqi dinləyərkən beynimizdə nə baş verir?
Musiqi dinləyərkən orqanizmdə bioloji dövrlərinin ritmi dəyişə bilər. Həzin, lirik musiqi dinlədiyimiz halda biz daha sakit və daha dərin nəfəs almağa başlayırıq. Bu halda insanlar sakit olur, öz emosiyalarına nəzarət edir və dərin düşüncə qabiliyyətinə malik olurlar.
Musiqi həmçinin beyinə təsir edir. O beyindəki “xoşbəxtlik hormonu” olan endorfinin yaranmasını stimullaşdırır. Endorfin ağrı hissini zəiflədir, stressin səviyyəsini aşağı salır və orqanizmin immun reaksiyasını gücləndirən kimyəvi birləşmələrin yaranmasına imkan yaradır.
Musiqinin düşüncələrinizə, duyğularınıza və davranışlarınıza təsir göstərə biləcəyi fikri, yəqin ki, artıq təəccüblü səslənməyəcəkdir. Sevdiyiniz rok musiqi parçasını dinləyərkən sanki havaya uçursunuzsa və ya möhtəşəm canlı bir ifa ilə göz yaşlarınızı tuta bilmirsinizsə, musiqinin gücünü asanlıqla başa düşə bilərsiniz.

Alimlər sübut etmişlər ki, musiqinin insana göstərdiyi təsir bizim təsəvvür etdiyimizdən daha artıqdır. Çox güman ki, hər birimizin fərqli əhval-ruhiyyələr zamanı sevərək qulaq asdığımız mahnılar var. Hər kəsin musiqi zövqü və seçimi fərqlidir:
Pop dinləyiciləri- Əhval-ruhiyyəsi daim yüksək və emosional insanlardır.
Opera həvəskarları-alicənab, səbirli, yaradıcı insanlardır.
Caz dinləyiciləri-əsasən, yaradıcı, özünü qiymətləndirmə bacarığı yüksək olan insanlardır.
Repə üstünlük verənlər - ünsiyyətcil, kreativ və bir qədər özünü sevən insanlardır.
Ağır musiqi (ağır metal,hard rock) -yüksək yaradıcılıq qabiliyyəti olmasına baxmayaraq, özgüvəni aşağı olan insanlardır.
Pul
“Pul yaxşı qulluqçu, lakin pis ağadır.”
-Frensis Bekon
Psixoloqlar pulun insan davranışına, ictimai əlaqələrinə və digər mühüm amillərə təsiri ilə bağlı çoxsaylı tədqiqatlar aparırlar. Bəziləri üçün psixologiya və pul anlayışları bir-birindən fərqlənə bilər, amma əslində belə deyil.
Gəlirin xoşbəxtlik gətirməsi insanların gözləntilərindən asılıdır.Bəzən insanlar eyforiyaya qapılaraq zəngin olduqdan sonra problemsiz həyat yaşayacaqlarını düşünə bilirlər. Buna görə də gözləntiləri real saxlamaq, pulun insan psixologiyasına müsbət təsir göstərməsinə yol açır. Həyat və sərvətə hamımızın fərqli münasibətləri var. Kimsə üçün pul hər şeydir və kimsə üçün normal həyat təmin etmək üçün yalnız bir vasitədir. Son olaraq pulun mənfi təsirlərindən qaçınmaq üçün insan daim özünü motivasiya etməyi bacarmalıdır.
Sağlamlıq
Araşdırmalar göstərir ki, insan bədənində “fight or flight – mübarizə apar ya da qaç” adlı bir refleks mövcuddur. Xəstəlik və ya fiziki zədələnmə zamanı bu refleks avtomatik işə düşür. Bu da xəstəliklərin birbaşa psixologiyamıza təsir etdiyini göstərən amildir. Psixoloji vəziyyəti yaxşı olan insanların bədəni xəstəliklə mübarizə apara bilir.

Bütün xəstəliklərin enerjimizlə və psixologiyamızla əlaqəsi var. Xəstəlik enerjinin pozulmasıdır. Özünü dərk etməmiş, sevməmiş, qorxular içində yaşayan bir insansınızsa bu enerji xəstəlik olaraq sizə geri qayıda bilər. Bir xəstəlik ilk öncə fiziki olaraq ortaya çıxmaz, enerjinizdə ortaya çıxar, enerji isə bədəndə yaranır. Bəlkə minlərlə il sonra dünyada xəstəlik olmayacaq, insanlar öz beyinlərinin sirrini tapmış olacaqlar. Xəstəliyi ilk öncə qəbul etmək lazımdır. Yaşadıqlarını həzm edə bilməyən və daima həyatdan şikayət edən insanlarda problemlər yaranır. Hər bir xəstəliyin və problemin həllinə öncə lap dərindən başlayın.
Ətrafımızdakı insanlar
Günümüzdə hərkəs ətrafının təsirinə məruz qalır. Bizim emosiyalarımıza ətrafımızdakı insanlar çox təsir edir.Pozitiv insanlarla vaxt keçirdikdə günümüz daha xoş keçir. Neqativ insanlar da həmçinin bizə mənfi enerji ötürür. Bizə ötürdükləri emosiyalar bizim günlük davranışlarımıza təsir etdiyi üçün ətrafımızdakı insanları düzgün seçməliyik. Seçməli olduqlarımız bizə yaxın olanlardı. Digər insanların fikri isə bizim üçün böyük önəm daşımamalıdır.Çünki insanlar daima başqalarında səhv axtarmağa meyilli olur.Hər bir insan fərqli xarakterə malikdir və hərkəs bir birini sevib bəyənə bilməz.Yalnız qarşılıqlı hörmət olmalıdır.

Dost çevrəmizi düzgün seçmək psixologiyamıza ən çox pozitiv təsir göstərən amillərdən biridir. Bu isə insanların xüsusiyyətlərinə görə dəyişən bir faktordur. Bundan əlavə insanlar bir çox yaxşı və pis vərdişlərini də dostlarından alır. Araşdırmalar göstərir ki, dost çevrəsi çətin günlərdə də insanın psixogiyasını sabit saxlamağa kömək edir. Sağlam düşüncəli ətrafı olan insanlar hər hansı bədbəxtlik üz verdikdə bunun öhdəsindən gəlib ayaqda dura bilirlər.
Bütün bu amilləri nəzərə alıb psixologiyamızı mənfi təsirlərdən qorumaq isə bizim vəzifəmizdir. Psixologiya insan sağlamlığının bir parçasıdır. Sağlamlığın qeydinə qalmaq isə hər insanın prioriteti olmalıdır.
Möhtəşəm!