Səyahət etməyin faydaları
- Azad Aliyev
- 2 Şub 2021
- 3 dakikada okunur

Buradan həyatlarında heç vaxt səyahət etməyənlərə səslənirik! Bu bloqu oxuyursansa, deməli artıq yolu yarılamısan! Bu, isbatlanmış faktdır ki, səyahət etmək açıq fikirli olmağa, daha geniş aspektlərdən mövzulara yanaşmağa,düşünüb düzgün qərarlar verməyə kömək edir. Yeni insanlarla tanış olub, onlarla ünsiyyət qurduqda düşüncə tərzlərinin, dünyagörüşlərinin fərqlərini görəcəksiniz. Səyahət gərgin həyat tərzindən çıxmağın ən yaxşı yolu olmaqla yanaşı, həm də stres, narahatlıq və depressiya üçün yaxşı bir vasitədir. Zehni və fiziki sağlamlığı yaxşılaşdıran səyahətin faydalarını saymaqla bitirmək olmaz. Elə isə gəlin səyahət etməyin 4 ən böyük üstünlüyünü öyrənək.
Komfort zonanızdan çıxacaqsınız

Atalarımız demişkən: “Çox oxuyan yox, çox gəzən çox bilər! “ Özünü inkişaf etdirmək üçün vaxt aşırı səyahət etmək lazımdır. Bu zaman komfort zonanızı tərk etdiyinizə görə, produktivliyinizdə artım müşahidə edəcəksiniz. Maraq və hobbilərinizə kifayət qədər vaxt ayıra biləcək və görməli olduğunuz işləri daha az zəhmət çəkərək, həvəslə və ən əsası isə sürətli şəkildə tamamlaya biləcəksiniz.
Çoxumuz bunun fərqində olmasaq da, səyahət etməyin özünə güvən hissini də aşıladığı bir faktdır. Heç bir dostsuz, ailədən kənar səyahətə çıxarkən qarşılaşacağınız gözlənilməz situasiyalara necə reaksiya göstərməli, daha düzgün və dəqiq qərarları necə verməli olduğunuzu öyrənəcəksiniz. Daha çox səyahət etdikdə isə qərarlarımızın necə dəyişdiyini və həyatda daha yetkin mövqe tutduğunuzu müşahidə edəcəksiniz.
Tolerantlıq

Səyahət etməyin digər bir müsbət cəhəti tolerantılığı tam şəkildə mənimsəməkdir. Səyahət etdiyimiz ölkədə müxtəlif həyat şəraitində yaşayan insanlarla ünsiyyətdə olur, onların uyğunlaşdığı həyat tərzinə adaptasiya olmağa çalışırıq. Müxtəlif inanclara, adət-ənənəyə, irqə mənsub insanlarla tanış olmaq bizə tolerantlığın sözün əsl mənasında nə demək olduğunu öyrədir. Səyahət fərqliliklərinin heç də pis bir şey olmadığını, əslində həyatımızı rəngarəng etdiyini göstərir. Öz ölkəndən tamamilə fərqli bir ölkəyə səyahət edirsənsə, orada heç bilmədiyin yaşayış tərzi ilə qarşılaşır, yeni mədəniyyət öyrənir, insanların düşüncə tərzinə hörmət etməyi, səbirli olmağı öyrənirsən. Bu da mövcud stereotiplərin qırılmasına, əvvəlcədən düşündüyümüz fikirlərin gerçəkdə necə olduğunu görməyimizə səbəb olur və həmin mədəniyyət haqqında daha çoxunu öyrənmək üçün bizdə maraq oyadır. Eyni zamanda, fərqlilikləri qəbul etməyimizə və onlara tolerant yanaşmağı öyrənməyimizə kömək edir. Məhz bu səbəbdən də səyahət etmək insanları tanımaqda, onlara hörmətlə yanaşmağı öyrənməkdə, humanist keyfiyyətlərin mənimsənilməsində olduqca ideal bir yoldur.
Macəra+Təcrübə=Xatirə

Səyahət etməyin digər bir müsbət cəhəti tolerantılığı tam şəkildə mənimsəməkdir. Səyahət etdiyimiz ölkədə müxtəlif həyat şəraitində yaşayan insanlarla ünsiyyətdə olur, onların uyğunlaşdığı həyat tərzinə adaptasiya olmağa çalışırıq. Müxtəlif inanclara, adət-ənənəyə, irqə mənsub insanlarla tanış olmaq bizə tolerantlığın sözün əsl mənasında nə demək olduğunu öyrədir. Səyahət fərqliliklərinin heç də pis bir şey olmadığını, əslində həyatımızı rəngarəng etdiyini göstərir. Öz ölkəndən tamamilə fərqli bir ölkəyə səyahət edirsənsə, orada heç bilmədiyin yaşayış tərzi ilə qarşılaşır, yeni mədəniyyət öyrənir, insanların düşüncə tərzinə hörmət etməyi, səbirli olmağı öyrənirsən. Bu da mövcud stereotiplərin qırılmasına, əvvəlcədən düşündüyümüz fikirlərin gerçəkdə necə olduğunu görməyimizə səbəb olur və həmin mədəniyyət haqqında daha çoxunu öyrənmək üçün bizdə maraq oyadır. Eyni zamanda, fərqlilikləri qəbul etməyimizə və onlara tolerant yanaşmağı öyrənməyimizə kömək edir. Məhz bu səbəbdən də səyahət etmək insanları tanımaqda, onlara hörmətlə yanaşmağı öyrənməkdə, humanist keyfiyyətlərin mənimsənilməsində olduqca ideal bir yoldur.ur.r etməsi səyahətin adrenalinli və önəmli faktorlarındandır. Ən əsası isə bunların hamısının öhdəsindən SİZ gəlirsiz və problemləri artıq böyütmürsüz, onların həll yollarını asanlıqla tapırsınız. Sizcə də möhtəşəm deyilmi? Sadaladıqlarımızın hər birisi sizə təcrübə yaşatmış olacaq və o qədər unudulmaz xatirələrə səbəb olacaq ki, sonda bu təcrübəni yaşadığınıza görə özünüzə minnətdar olacaqsınız.
Şəbəkələşmə

Heç kəsə sirr deyil ki, səyahət etdiyiniz ölkəni tanımağın və onun mədəniyyəti ilə tanış olmağın ən əlverişli yolu yerli əhali ilə ünsiyyət qurmaqdı. Dünyanın müxtəlif yerlərindən fərqli milliyyətlərdən dostlar qazanmaq həm ətrafınızı genişləndirəcək, həm də fərqli mədəniyyətləri daha yaxından tanımaq şansınızı artıracaqdır. Getdiyiniz yerlərdə yeni dostlar qazanaraq siz yeni macəralara atıla və çoxlu unudulmaz xatirələr əldə edə bilərsiniz və beləliklə dostlarınızla olan xatirələri daha asan xatırlayacaqsınız. Danışa biləcəyiniz bir çox unudulmaz hekayəniz olacaq və hər dəfə bu hekayələri danışanda özünüzü onlarla birlikdə hiss edəcəksiniz. Bu hekayələrin sizi daha özünüzü yaxşı tanımağa səbəb olduğunu anlayan an, “Yaxşı ki, səyahət etdim” cümləsini qürurla ifadə edəcəyinizə əminlik veririk!
Beləliklə, həm ölkə daxili, həm də xarici ölkələrə səyahət etmək özünüzə edəcəyiniz ən yaxşı investisiya ola bilər. Səyahət etmək insana həyatla bağlı bir çox şey öyrətməklə yanaşı, həyatı daha maraqlı və mənalı yaşamağa kömək edir. Gəzdiyiniz ölkələrdə yeni-yeni insanlarla, onların həyat şəraiti, mədəniyyəti ilə yaxından tanış olur, yeni təcrübələr əldə edirsiniz. Fərqliliklərin əslində dünyanı gözəlləşdirdiyini görür, tolerant olmağı öyrənirsiz. Səyahət etdiyiniz ölkələrin görmək istədiyiniz bütün gözəl yerlərini gəzmək imkanı əldə edirsiz. Ən əsası isə heç vaxt unutmayacağınız xatirələr qazanır, çoxlu macəralar yaşayırsız.
“Həyat bir kitabdır, o kəs ki səyahət etmir, deməli kitabın yanlız bir səhifəsini görmüş olur!”
Unudulmaz səyahətlərinizin olması diləyi ilə!
Comments