top of page

“AIESEC”-in Departamentləri

  • Azad Aliyev
  • 26 Haz 2021
  • 4 dakikada okunur

“AIESEC” dünyanın ən böyük gənclər rəhbərliyindəki təşkilatlarından biridir. Təşkilatın başlıca məqsədi beynəlxalq və yerli təcrübə proqramları vasitəsilə gənclərin liderlik bacarıqlarını ortaya çıxarmaq və daha da genişləndirməkdir. ”AIESEC” təşkilatında təcrübəsi olan gənclər arasında onların özlərində hansı bacarıqları inkişaf etdirdikləri mövzusunda aparılmış sorğuya əsasən liderlik, ünsiyyət bacarıqlarının inkişafı,qrup daxilində işləmək bacarığı, dil səviyyəsinin inkişafı kimi cavablar üstünlük təşkil etmişdir. Ölkəmizdə hazırda 4 lokal komitə fəaliyyət göstərir. Bunlar LC Baku Synergy, LC ADA, LC Khazar və LC Qafqazdır. Hər lokal komitə özlüyündə bir LCP( Lokal Komitə Prezidenti) və LCVP-lər(Lokal Komitə Vitse-prezidenti) ilə idarə olunur. Hər bir LCVP bir departamentdən məsuldur.

“AIESEC”-in Quruluşu

“AIESEC” iki Funksional Sahədən ibarətdir:

Back Office (Arxa Ofis): B2B (Business to Business), B2C(Business to Customer) , Finance and Legalities, TM (Talent Management)

Front Office (Ön Ofis): oGV (Outgoing Global Volunteer), oGT(Outgoing Global Talent), iGV(Incoming Global Volunteer) Onu da qeyd etmək lazımdır ki, öz təyinatından asılı olmayaraq bütün departamentlərin ortaq məqsədi “AIESEC”-i çata biləcəyi ən yaxşı nöqtəyə çatdırmaqdır.



Outgoing Global Volunteer (oGV)

oGV departamenti müraciət edən könüllülər qrupu üçün açılmışdır və əsas məqsədi ölkəmizdən xaricə könüllülük proqramı üzrə çalışmağa gedən insanlarla işləməkdir. Departamentin məqsədi ölkəmizdən BMT tərəfindən təyin olunmuş 17 SDG (Sustainable Development Goals) üzrə fəaliyyət göstərmək üçün könüllüləri başqa ölkələrə təcrübəyə göndərməkdir.

oGV mübadilə iştirakçılarını ölkələr üzrə uyğunlaşdırır və digər yerli komitələrdən yaşayış,gediş-gəliş və təhlükəsizliyin təmin olunması barədə əminlik alır. Daha sonra iştirakçılarla qarşılaşa biləcəkləri müxtəlif çətinliklər, qalmaları üçün lazım olacaq ümumi pul miqdarı və digər onlara lazım olacaq şeylər haqqında danışmaq üçün məlumat sessiyaları təşkil edilir. Bu Qlobal Təcrübə proqramının müddəti 6-8 həftədir. Tələb olunanlara isə dil bararıqları, vaxtın idarə olunması, satış bacarıqları və effektiv ünsiyyət kimi bacarıqlar daxildir.



Outgoing Global Talent (oGT)

“Global Talent” peşəkar bacarıqlarını inkişaf etdirmək istəyən gənclər üçün təcrübə proqramıdır. Bu proqram gənclərə gələcək karyeraları üçün lazım olan bacarıqları öyrənməklə yanaşı ünsiyyət bacarıqlarını artırmaq imkanı verir.


“Global Talent” üçün tələb olunur: intermedite səviyyəsi dil bacarığı.(başqa dil bilikləri də üstünlükdür) Eyni zamanda təcrübə və idarəetmə, qrupla birlikdə işləmə bacarıqları və s. “Global Teacher” və “Global Talent”proqramlarında iştirak üçün tələb olunan yaş həddi 18-29 yaş. “Global Talent” və “Global Teacher” bizə nələr qazandırır: Yeni təcrübələr, mədəniyyətlər arası əlaqə, yeni dostlar qazanmaq, insanlarla ünsiyyət bacarıqlarının artması və sertifikat qazanma şansı.



Incoming Global Volunteer (iGV)

iGV gənclər üçün özünü dərk etmə, liderlik bacarıqlarını inkişaf etdirmək, yeni mədəniyyətlərlə tanış olmaq üçün fürsətdir. iGV 17 dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün yaranmışdır Belə ki, xaricdən “Global Volunteer” proqramı çərçivəsində ölkəmizə gələn könüllülərə burada lazım olan hər bir şəraiti yaratmaq iGV-in əsas məqsədidir.

iGV departamentinin əvvəlcədən müəyyən edilmiş bir neçə sosial layihəsi mövcud olur. Digər ölkələrdən Azərbaycana təcrübə üçün gəlmək istəyən şəxslər olduqda ilk növbədə iGV üzvləri onunla əlaqəyə keçir.

Bir neçə mərhələdən sonra onlar mübadilə iştirakçısının fərdi bacarıqları və keyfiyyətlərinə əsasən hansı layihəyə uyğun olduğunu müəyyən edirlər. Bundan sonra isə şəxs ölkəmizə gəlir. iGV komandası mübadilə iştirakçısına viza dəstəyi, onun hava limanından qarşılanması, hostel və ya host family (qonaq edən ailə) ilə təmin olunması, müəyyən seminarlar keçirilməsi,işində ona nəzarət edilməsi və köməklik göstərilməsi və s. kimi bütün işlərlə məşğul olur. Bundan əlavə yarana biləcək bütün çətinliklərlə də onlar məşğul olur.



Business to Customer (B2C)

B2C sadə dillə desək, işin marketinq tərəfi ilə məşğul olur. “Business to Customer” üçün məqsəd gənclər arasında mümkün qədər çox böyük mübadilə təcrübəsini asanlaşdırmaqdır. “AIESEC”-lə bağlı məlumatların gənclərə çatdırılması , məhsulların tanıdılması kimi işlər bu departamentin vəziflərinə daxildir. Buna görə də B2C digər departamentlərlə qarşılıqlı əlaqədə işləyir. Departament bazarı araşdırıb, maraqları və tələbləri müəyyən edir. Daha sonra buna uyğun məhsulların, layihələrin təqdim edilməsi ilə məşğul olur. Marketinq sahəsində təcrübə qazanmaq istəyənlər üçün B2C ideal seçimdir.



Business to Business (B2B)

B2B back office-in bir hissəsidir. Departamnetin əsas məqsədi mənsub olduğu lokal komitənin keçirdiyi lahiyələrə, tədbirlərə və s. partner tapmaqdır. Bu səbəbdən B2B digər departamentlərlə qarşılıqlı əlaqədə olur. Burada həm partnerlərin həm də təşkilatın maraqları təmin olunmalıdır. Buna görə də B2B ilk növbədə layihənin konteksti ilə yaxından tanış olur və ona uyğun maraqları qarşılayacaq partner tapmağa çalışır.

B2B back office-in bir hissəsidir. Departamnetin əsas məqsədi mənsub olduğu lokal komitənin keçirdiyi lahiyələrə, tədbirlərə və s. partner tapmaqdır. Bu səbəbdən B2B digər departamentlərlə qarşılıqlı əlaqədə olur. Burada həm partnerlərin həm də təşkilatın maraqları təmin olunmalıdır. Buna görə də B2B ilk növbədə layihənin konteksti ilə yaxından tanış olur və ona uyğun maraqları qarşılayacaq partner tapmağa çalışır.



Talent Management (TM)

Bu departamentin məqsədi hədəflərə çatmağı təmin etmək üçün AIESEC-ə doğru insanları almaq, inkişaf etdirmək və saxlamaqdır. Əgər siz “AIESEC”-ə qoşulma mərhələsindəsinizsə, böyük ehtimal sizinlə ilk əlaqəyə keçən insanlardan biri TM departamentinin üzvü olacaq.

rüb ərzində üzvlər haqqında məlumatların toplanması, motivasiya sisteminin qurulması, yaranan problemlərin səbəblərinin araşdırılması, təcrübənin izlənməsi və hesabatı, və s. onların funksiyalarına daxildir. Bu departament üzvlərinə İnsan Resursları və Data Analizi kimi sahələrdə təcrübə qazandırır.



Finance and Legalities

Finance and Legalities adından da bəlli olduğu kimi işin maliyyə tərəfi ilə məşğuldur. Departament öz işini 6 maliyyə standartına əsaslandırır. Legalities – Hüquq

Accounting - Mühasibat Reporting - Hesabat Budgeting -Büdcə Auditing - Audit Sustainability - Davamlılıq

Departamentin adındakı Legalities ilk standartı, Finance isə digər 5 standartı əhatə edir. Məqsəd maliyyə məlumatlarını şərh etmək, məlumat vermək, müəyyən bir dövr üçün mənfəət və ya zərər, dəyəri və təşkilatın aktivlərinin, öhdəliklərinin hesablanmasıdır. Əsasən lokal komitə üçün illik və yarım illik büdcənin tərtib olunması, qaydaların müəyyən edilməsi və yenilənməsi və s. kimi işləri əhatə edir.



 
 
 

Comments


Bizi sosial şəbəkələrdə izləyin!

  • Beyaz Facebook Simge
  • Beyaz Instagram Simge
  • Beyaz Heyecan Simge

Yeni bloglardan xəbərdar olmaq üçün bizi izlə!

bottom of page